«Komandamızın fiziki imkanları buna kifayət etmir»

«Komandamızın fiziki imkanları buna kifayət etmir»

“Milan”ın texniki direktoru Paolo Maldini komandasının UEFA Çempionlar Liqasında uğursuz çıxışının səbəbini açıqlayıb. «Mövsüm hələ başa çatmayıb. A seriyasında ilk dördlüyə düşmək lazımdır. «Milan» eyni vaxtda iki böyük yarışda mübarizə əzmində deyil. Komandamızın fiziki imkanları buna kifayət etmir. Derbidə uduzmaq, özü də əzəli rəqibə, bu bizi çox məyus etdi. Lakin bu mərhələyə qədər gəlmişiksə, bunun özü də uğurdur», - deyə o bildirib.