Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə qitənin ikinci ən nüfuzlu klub turniri olan Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Təşkil olunacaq oyunlardan sonra finalçıların adına aydınlıq gələcək. Gecənin maraqla gözlənilən oyunlarında biri İspaniyada baş tutacaq. “Ramon Sançes Pisxuan” stadionunda təşkil olunacaq oyunda “Sevilya” klubu ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşdığı İtaliya nəhəngi "Yuventus"la qarşılaşacaq. Niderlandlı baş hakim Denni Makkelinin idarə edəcəyi oyun Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Gecənin digər oyunu isə "Bayer" (Almaniya) və “Roma” (İtaliya) arasında olacaq. Almaniyadakı “Bay Arena”da keçirilən qarşılaşmanın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq. Bu komandalar arasında ilk oyun “Roma”nın minimal hesablı qələbəsi ilə yekunlaşmışdı -1:0. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Qeyd edək ki, yarımfinalın qalibləri mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq fianl oyununda üz-üzə gələcəklər.