Bu günfutbol üzrə UEFA Konfrans Liqasında finalçıların adına aydınlıq gələcək. Yarımfinalın cavab oyunlarında biri İsveçrədə təşkil olunacaq. "Sankt-Yakob Park" stadionunda oynanılacaq oyunda “Bazel” (İsveçrə) və “Fiorentina” üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun “Bazel”in minimal hesablı qələbəsi ilə yekunlaşmışdı -2:1.
Gecənin digər oyunu İngiltərənin "Vest Hem"i və Niderlandın "AZ Alkmaar" klubları arasında olacaq. İngiltərədəki oyunda 1:2 hesabı ilə uduzan niderlandlılar AZ stadionunda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
Qeyd edək ki, turnirin final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da təşkil olunacaq.