«İtaliya klublarına qarşı oyun asan olmur»

«İtaliya klublarına qarşı oyun asan olmur»

UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan «Mançester Siti»nin baş məşqçisi Pep Quardiola İtaliya «İnter»indən danışıb. ««Real»a qalib gəlmək asan başa gəlmədi. Bu qələbdən sonra çox təriflər eşidirik. Bu yaxşıdır. Amma bizi arxayın edir. Hər şeyə təzədən başlamlıyıq. Hamı bizim çempionluğumuzu təxmin edir. Amma deyim ki, İtaliya klublarına qarşı oyun asan olmur. Onlar uzun illərdir bu məqamı gözləyirlər. Çox gərgin bir matça hazırlıqlı olmalıyıq. Final Mançesterdə deyil, İstanbuldadır»,  - deyə ispaniyalı baş məşqçi bildirib.