“Sambaçılar” Ançelottiyə son təklifini edəcək

“Sambaçılar” Ançelottiyə son təklifini edəcək

Braziliya Futbol Federasiyası rəhbərliyi növbəti həftə Madridə yollanacaq. “Sambaçılar”ın İspaniya səfərinin əsas məqsədi “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə bağlıdır. İtaliyalı mütəxəssisi millinin sükanı arxasına gətirməyə çalışan braziliyalılar baş məşqçiyə son dəfə rəsmi təklif edəcək.

“Real” rəhbərliyi isə Karlo Ançelottiyə güvənməyə davam edir. Hazırkı məqamda onun yeni mövsümdə də klubda qalması ehtimalı yüksəkdir.

Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi “Real” komandası Çempionlar Liqasının finalında İngiltərənin “Mançester Siti” klubuna 4:0 hesabı ilə məğlub olmuşdu. Böyükhesablı məğlubiyyətdən sonra K.Ançelottinin klubdan ayrılacağı deyilirdi.