Bir nömrəli idman liseyində 13 yaşadək badmintonçular arasında ölkə birinciliyinə yekun vurulub. Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Siyəzən, Qusar, Şirvandan 64 oğlan və 50 qız iştirakçı 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirib.
Şəxsi oğlanlar arasında Fərəc Kərimli, qızlarda Qəndab Niftəlizadə, qoşa oğlanlar arasında Malik Cəfərov - İlham Məhərrəmov, qoşa qızlarda Aysel Kazımova - Qəndab Niftəlizadə, qarışıq qoşa yarışda isə Fərəc Kərimli - Aysel Kazımova ilk yeri tutublar.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.