Federasiya «yarasalar»ı cəzalandırdı

Federasiya «yarasalar»ı cəzalandırdı

İspaniya Futbol Federasiyası «Valensiya» klubunu irqçilik məsələsinə görə 45 min avro dəyərində cərimələyib. Bundan başqa klubun ev oyunlarını keçirdiyi «Mestalya» stadionunun cənub tribunası 5 oyunluq azarkeşlər üçün qapadılıb.

Qeyd edək ki, mayın 21-də Madrid «Real»ı ilə qarşılaşmada braziliyalı hücumçu Vinisius Junior azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıb.