“Sabah” Azərbaycan Basketbol Liqasının çempionu oldu 

“Sabah” Azərbaycan Basketbol Liqasının çempionu oldu 

Azərbaycan Baksetbol Liqasının qalibi müəyyənləşib. “Sərhədçi” İdman Mərkəzində keçirilən “Sabah” və “Gəncə” komandaları turnirin final seriyasının sonuncu oyununda üz-üzə gəliblər.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib. “Sabah” gərgin və maraqlı oyunun yekununda “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb. Final seriyasında 3:2 hesablı qələbə qazanan “Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022-2023-cü il mövsümünün çempionu adını qazanıb.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən isə Kollin Törner (26 xal, 11 asist) olublar.