İspan futbolçu Madrid klubunu tərk edir 

İspan futbolçu Madrid klubunu tərk edir 

 Madrid “Real”ının yarımmüdafiəçisi Marko Asensio “Aston Villa”ya keçməyə hazırlaşır. İspaniyalı futbolçu Premyer Liqa təmsilçisi ilə razılıq əldə edib. İyirmi yeddi yaşlı hücumameyilli oyunçu ingilislərlə ildə səkkiz milyon avro maaşla olmaqla ilkin müqavilə imzalayıb. İspaniya millisinin üzvü sözləşməsi başa çatan “Real”ı azad agent kimi tərk etmək qərarına gəlib. Futbolçu ilə PSJ, “Yuventus” və “Milan” da maraqlanırdı.Qeyd edək ki, Marko Asensio 2015-ci ildən “Real”ın formasını geyinir.