Messi Mayamiyə hazırlaşır

Messi Mayamiyə hazırlaşır

"İnter Mayami" PSJ-nin hücumçusu Lionel Messiyə müqavilə təklifi edib. Bu barədə Sport.es məlumat yayıb. Müqavilə illik 50 milyon dollar maaşla 4 mövsüm üçün nəzərdə tutulub. “İnter” Lioneli Mayamidə evi olduğuna görə razı salmağı gözləyir. Həmçinin, ABŞ klubu ispaniyalı yarımmüdafiəçi Serxio Busketsi də transfer etmək istəyir. “İnter”in təklifi Səudiyyə Ərəbistanından gələn təklif qədər olmasa da, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının burada rolu ola bilər.

Xatırladaq ki, Lionel Messi 2022/2023 mövsümündə Liqa 1-də 31 matçda 16 qol vurub və 16 qolun ötürməsini verib. O, 2021-ci ilin yayından PSJ-də oynayır və sözləşməsi bu yay başa çatır. Futbolçunu 2004-2021-ci illərdə formasını geyindiyi“Barselona” da geri qaytarmaq istəyir.