Novak Cokoviçə qarşı intizam işinin açılması tələb edilib 

Novak Cokoviçə qarşı intizam işinin açılması tələb edilib 

Kosovo Milli Olimpiya Komitəsi (KMOK) serbiyalı tennisçi Novak Cokoviçə qarşı intizam işinin açılmasını tələb edib. Buna Rolan Qarros turnirinin ilk raundunda qalib gəldikdən sonra N.Cokoviçin kameraya yazdığı sözlər səbəb olub. Belə ki, tennisçi kameraya “Kosovo Serbiyanın ürəyidir. Zorakılığı dayandırın” yazıb.

KMOK bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib. KMOK-un prezidenti İsmat Krasnika açıqlamasında deyib: “Novak Cokoviç növbəti dəfə serb millətçilərinin təbliğatına töhfə verdi və bunun üçün idman platformasından istifadə etdi. Belə bir idmançının oyundan sonra heç bir peşmançılıq hissi keçirmədən verdiyi bəyanatlar iki ölkə arasında gərginliyin və zorakılığın artmasına gətirib çıxarır”.