Benzemanın yeni klubu müəyyənləşdi

Benzemanın yeni klubu müəyyənləşdi

Madrid "Real"ı ilə yollarını ayıran Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib. Bu barədə insayder Fabrizio Romano öz Tvitter hesabında paylaşım edib. 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinə transfer üçün lazım olan sənədlərin böyük hissəsini imzalayıb. Fransalı forvard ilə müqavilə 2+1 illikdir. Benzema Madrid klubunun azarkeşləri ilə vidalaşdıqdan sonra Səudiyyə Ərəbistanına gedəcək. Daha əvvəl Kərimin yeni klubunda 2 il ərzində 200 milyon avro qazanacağı haqda xəbərlər yayılıb.