Azarkeş tribunadan yıxıldı 

Azarkeş tribunadan yıxıldı 

Argentina Premyer Liqasında həftəsonu şənbə keçirilən "River Pleyt" - "Defensa Xustisiya" matçında faciə baş verib. Matçın 14-cü dəqiqəsində azarkeşlərdən biri tribunadan yıxılıb. 15 metr yüksəklikdən yerə düşən fanat hadisə yerində həyatını itirib. Görüşün baş hakimi matçın 25-ci dəqiqəsində, hesab 0:0 olarkən matçı yarımçıq saxlayıb. Polisin araşdırmaya başladığı və görüşün keçirildiyi "Monumental" stadionunun 24 saatlıq bağlandığı bildirilib.