"Tottenhem"də yeni baş məşqçi

"Tottenhem"də yeni baş məşqçi

"Tottenhem" yeni baş məşqçisinin adını açıqlayıb. Bu vəzifəyə Anqelos Postekoqlu təyin edilib. 57 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Müqavilə gələn ayın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Postekoqlu 2021-ci ilin yayından "Seltik"i çalışdırıb. Komanda avstraliyalı məşqçi ilə birlikdə iki dəfə Şotlandiya Premyer Liqası, Liqa Kubokunu, həm də Şotlandiya kubokunu qazanıb.