III Avropa Oyunları: Qərbi avropalılar qonaqlarını nə ilə təəccübləndirəcək?

III Avropa Oyunları: Qərbi avropalılar qonaqlarını nə ilə təəccübləndirəcək?


Polşada təşkil olunacaq III Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Oyunlarda Avropanın 48 ölkəsini təmsil edən idmançılar 30 idman növündə 253 dəst medal uğrunda güclərini sınayacaqlar.
Oyunlar Polşanın Krakovla birlikdə 14 əyalətində keçiriləcək.
Qeyd edək ki, Polşanın ev sahibliyi edəcəyi Krakovda Henrix Reyman Stadionu, “Tauron Arena”, Krakov meydanı, “Krakovya Arena”, “Kolna” İdman Mərkəzi, “Krispinov Su yolu”, AVF İdman Mərkəzi, “Hutnik Arena”, Nova Huta çayı, “Klazovyanka”Oxatma Parkı mövcuddur.
Velosiped yarışlarının keçiriləcəyi Kşeşoviçe şəhərində MBX parkı, Xojuvda Sileziya stadionu, Tarnovda isə İdman Dırmanması Mərkəzi, “Dəniz Arena” və “Yaskolka Arena” yerləşir.
Digər yarışların təşkil olunacağı Kriniça Zdruyda dağ parkı, “Kriniça Zdruy Arena”, Zakopanedə Hündürlükdən Tullanma Mərkəzi, Novi Tarkda “Novi Tark Arena”, Riaşevdə Su sarayı, Vrotslavda Atıcılıq Mərkəzi, Novi Sonçda “Strzeleçki Park”, Osvençumda Üzgüçülük Mərkəzi, Biesko-Biala və Mısleniçedə eyni adlı arena var.
Çoxsaylı oxucularımıza Polşada Oyunlara ev sahibliyi edəcək şəhərlər haqqında məlumatlarla tanış ola bilərlər.