Bellingem «Real»da! 

Bellingem «Real»da! 

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellingem Madrid «Real»ının heyətinə cəlb olunub.

Bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2029-cu ilədək müqavilə imzalanıb. Madrid təmsilçisinin “Borussiya” klubuna 103 milyon avro ödəyəcəyi açıqlanıb.

Cari mövsüm futbolçu Almaniya təmsilçisinin heyətində 31 oyun keçirib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.