Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Arat ilə görüşüb. Görüşdə Azərbaycanda Olimpiya Hərəkatının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilib və bu ay Polşada baş tutacaq üçüncü Avropa Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.