Üzgüçülər açıq yay çempionatında iştirak edirlər

Üzgüçülər açıq yay çempionatında iştirak edirlər

Bu gün Bakı Su İdman Sarayında üzgüçülük üzrə açıq yay çempionatına start verilib. 16 komandanın iştirak etdiyi yarışda bölgə təmsilçiləri də mübarizə aparırlar. Yarışın keçirilməsində əsas məqsəd böyük idman potensialı olan üzgüçülərin aşkar olunmasından ibarət olub. Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi və Bakı Su İdman Sarayının birgə təşkilatçılığı ilə keçirilən yarışa iyunun 22-də yekun vurulacaq.