İyunun 22-25-də Serbiyanın Novi Sad şəhərində badminton üzrə “Serbian Youth Inernational” turniri keçiriləcək. Yarışda yeniyetmə və uşaq badmintonçularımız da iştirak edəcəklər. Turnirdə Həbibə Quliyeva U-11, Qəndab Niftəlizadə, Ömər Teymurlu və Fərəc Kərimli U-13, Əli Gözəlov, Aysu Kərimzadə və Leyla Camalzadə isə 15 yaşadək badmintonçuların yarışında şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil edəcək. Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev turnir öncəsi komandamızın üzvləri ilə görüşərək onlara dəstəyini ifadə edib.
Qeyd edək ki, yeniyetmə və uşaq badmintonçularımız ardıcıl olaraq ikinci il Novi Sad şəhərində keçiriləcək “Serbian Youth International” turnirində təmsil olunacaq.
Badmintonçularımız daha əvvəl İsrail və Estoniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edərək mükafatçılar sırasında yer almağı bacarıb.