Sabah Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Mötəbər idman turnirinin yarışları Polşanın 8 şəhərində keçiriləcək. Azərbaycan III Avropa Oyunlarında 86 idmançı ilə təmsil olunacaq. Atletlərimiz idmanın 13 növü üzrə yarışlarda mübarizə aparacaqlar. Bundan başqa 28 məşqçi, 9 tibbi heyət, eyni zamanda, 26 media nümayəndəsi və 18 işçi heyət də Polşaya yollanacaq. Nümayəndə heyəti bu gün yola düşəcək.
Azərbaycan nümayəndə heyəti bu gün Krakova yola düşür
![Azərbaycan nümayəndə heyəti bu gün Krakova yola düşür](https://olimpnews.az/uploads/img/posts/2023/06/20/606ccd40f2d4f25ece3788f7d5d0c7928bc4c8a9 (1)jpg-1687246416.jpg)