AVRO-2024-ün maskotu təqdim edilib

AVRO-2024-ün maskotu təqdim edilib

UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotunu təqdim edib. Oyuncaq ayı olan talisman ilk dəfə Gelzenkirxendəki ibtidai məktəblərdən birində təqdim olunub. Növbəti iki həftə ərzində UEFA-nın saytında yeni maskotun adı ilə bağlı azarkeşlər arasında səsvermə keçiriləcək.

Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.