Bu gün Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunlarına start veriləcək. Oyunların ilk rəsmi günündə yeddi idman növü üzrə yarışlar təşkil olunacaq.
İdmançılar atletika, çimərlik həndbolu, sinxron üzgüçülük, basketbol 3X3, BMX, kanoe-sprint və padel yarışlarında mübarizə aparacaqlar. Yığma komandamız bu növlərdən ikisində atletika və padel yarışlarında təmsil olunacaq.
Oyunların rəsmi açılış mərasimi isə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Avropa Oyunlarının ilk gününün təqvimi:
Padel
11:00. Qadın cütləri
1/16 final. Nərminə Bağırova, Samirə Əliyeva
Atletika
11:40. Kişilər, uzunluğa tullanma
Kəsgin Abbaszadə
12:08. Kişilər, lövhəatma
İsmayıl Əliyev
13:02. Qadınlar, 800 m
Anna Yusupova
13:20. Kişilər, 1500 m
Elman Abışov
13:45. Qadınlar, üçtəkanla tullanma
Yekaterina Sarıyeva
14:05. Kişilər, 400 m, sədlərlə
Cavid Məmmədov
14:30. Qadınlar, 4x100 m estafet
Azərbaycan yığması
14:50. Kişilər, 4x100 m estafet
Azərbaycan yığması.