III Avropa Oyunları: atletlərimiz bu gün iki idman növündə mübarizə aparacaqlar

III Avropa Oyunları: atletlərimiz bu gün iki idman növündə mübarizə aparacaqlar

BOK

21.06.2023, 09:38

Bu gün Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunlarına start veriləcək. Oyunların ilk rəsmi günündə yeddi idman növü üzrə yarışlar təşkil olunacaq.

İdmançılar atletika, çimərlik həndbolu, sinxron üzgüçülük, basketbol 3X3, BMX, kanoe-sprint və padel yarışlarında mübarizə aparacaqlar. Yığma komandamız bu növlərdən ikisində atletika və padel yarışlarında təmsil olunacaq.

Oyunların rəsmi açılış mərasimi isə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Avropa Oyunlarının ilk gününün təqvimi:

Padel

11:00. Qadın cütləri

1/16 final. Nərminə Bağırova, Samirə Əliyeva

Atletika

11:40. Kişilər, uzunluğa tullanma

Kəsgin Abbaszadə

12:08. Kişilər, lövhəatma

İsmayıl Əliyev

13:02. Qadınlar, 800 m

Anna Yusupova

13:20. Kişilər, 1500 m

Elman Abışov

13:45. Qadınlar, üçtəkanla tullanma

Yekaterina Sarıyeva

14:05. Kişilər, 400 m, sədlərlə

Cavid Məmmədov

14:30. Qadınlar, 4x100 m estafet

Azərbaycan yığması

14:50. Kişilər, 4x100 m estafet

Azərbaycan yığması.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR