Ronaldu İslandiyada «Ginnesin rekordlar kitabı»na düşüb

Ronaldu İslandiyada «Ginnesin rekordlar kitabı»na düşüb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb. 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub. Buna görə o, «Ginnesin rekordlar kitabı»na düşüb.  

Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb.

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 122 qol vuran futbolçu Avropa çempionatının qalibi (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.