Moldovanlar geridönüş etdilər

Moldovanlar geridönüş etdilər

Avro-2024-ün seçmə mərhələsinin 4-cü turu çərçivəsində E qrupunda maraqlı nəticə qeydə alınıb. Moldova millisi Polşa ilə qarşılaşmada ilk hissədə 2 topla geri olsa da, fasilədən sonra geridönüş edib. Moldovanlar bu görüşü qələbə ilə başa vuraraq, qrupda 5-ci xalını qazanıb.

      

22:45. Moldova - Polşa - 3:2

Qollar: Milik, 12 (0:1), Levandovski, 34 (0:2), Nikolaesku, 48 (1:2), 79 (2:2), Baboglo, 85 (3:2)