Argentinalı yarımmüdafiəçi Anxel di Mariyanın yeni klubunun adına aydınlıq gəlib. Ulduz futbolçu azad agent kimi Portuqaliyanın “Benfika” klubuna keçib.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi 2022-2023-cü illər mövsümünü İtaliyanın “Yuventus” klubunda keçirib.