UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqiblərinin adına aydınlıq gəlib.
Bu mərhələdə "Neftçi" klubu "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Qəbələ" isə "Omoniya" (Kipr) klubuna rəqib olub. Ölkəmizi Konfrans Liqasında təmsil edəcək daha bir klubumuz "Sabah" isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Neftçi” və “Sabah” komandası ilk oyununu səfərdə, “Qəbələ” isə doğma meydanda keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında ikinci mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.