Dünya mətbuatı Bukayo Sakadan danışır

Dünya mətbuatı Bukayo Sakadan danışır

İngiltərə millisinin və "Arsenal"ın futbolçusu Bukayo Saka Türkiyədə zəlzələdən zərər çəkmiş 26 ailəni mənzillə təmin edib.

Futbolçu “BigShoe” xeyriyyə layihəsinin təşkil etdiyi aksiyada iştirak edib və Türkiyənin şərqində Adıyaman, Kahramanmaraş və Malatyada ailələrin mənzil haqqını ödəyib. Bu ailələr yataq otağı, qonaq otaqları, mətbəx və vanna otağı olan konteynerlərdə yerləşdiriləcək. Qeyd edək ki, bu ilin fevral ayında Türkiyədə güclü zəlzələ baş verib. Türkiyənin 11 vilayətində ümumilikdə 50 500 nəfər həyatını itirib, 107 204 nəfər yaralanıb. Zəlzələdən ən azı 15,73 milyon insan və 4 milyon bina zərər çəkib.