İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğanın yeni klubunun adına aydınlıq gəlib. Türkəsilli almaniyalı yarımmüdafiəçi İspaniyanın "Barselona" klubuna keçib. 33 yaşlı futbolçu Kataloniya təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi. Onun "şəhərlilər"lə sözləşməsi iyunun 30-da başa çatacaq.