«Qoca Sinyora» qərarını verdi

«Qoca Sinyora» qərarını verdi

"Yuventus" yeni mövsümdən etibarən braziliyalı müdafiəçisi Aleks Sandro ilə yollarını ayırmaq qərarına gəlib. Turin təmsilçisi braziliyalı futbolçunu ya satmaq, ya da müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtında xitam vermək niyyətindədir. Mənbə Sandro ilə iki Səudiyyə Ərəbistanı klubunun maraqlandığını, lakin indiyədək ona rəsmi təklif edilmədiyini vurğulayıb.

Sözügedən futbolçunun "Yuventus"la müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. O, hazırda hər mövsüm üçün 6 milyon avro əməkhaqqı alır. Bundan başqa, Aleksin sözləşməsində 1 milyon avro bonus da nəzərdə tutulub.