Minsk «Dinamo»su «Qarabağ»dan razılıq aldı

Minsk «Dinamo»su «Qarabağ»dan razılıq aldı

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Dinamo Minsk" (Belarus) - "Jelezniçar" (Bosniya və Herseqovina) oyunu Bakıda keçiriləcək.

UEFA-nın məlum qadağasına görə, beynəlxalq oyunlarını neytral meydanda keçirən Belarus təmsilçisi "Azersun Arena"da matça çıxacaq. Bunun üçün "Qarabağ"a müraciət edən belaruslular razılıq alıb. AFFA da öz növbəsində bu varianta etiraz etməyib.

Qeyd edək ki, "Dinamo Minsk" - "Jelezniçar" matçı iyulun 20-də keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq.