«Bu komandanın mentaliteti qələbə ilə yoğrulub»

«Bu komandanın mentaliteti qələbə ilə yoğrulub»

Karyerasını MLS təmsilçisi olan «Los-Anceles Qalaksi» klubunda başa vuran Qaret Beyl keçmiş klubu «Real»la bağlı fikirlərini bölüşüb. ««Real Madrid» elə bir klubdur ki, onun soyunub-geyinmə otağına girəndə, artıq öünü qalib hesab edirsən. Ətrafındakı ulduzlar səni bu cür düşünməyə vadar edir. Bu komandanın mentaliteti qələbə ilə yoğrulub», - deyə uelsli hücumçu BT Sport kanalına bildirib.
Qeyd edək ki, 33 yaşlı Beyl bu il, yanvarın 9-da futbolu tərk edərək, qolf üzrə yarışlarda iştirak etməyə başlayıb. O, 2013-2022-ci illərdə Madrid «Real»ının heyətində çıxış edib.