Fernandes «Real»da qaldı

Fernandes «Real»da qaldı

Naço Fernandes Madrid "Real" ilə yeni müqavilə imzalayıb. 33 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Naço Madrid təmsilçisinin yetirməsidir və bütün karyerasını bu klubda keçirib. O, "Real"la 319 oyuna çıxıb.