La Liqa nə vaxt başlayır?

La Liqa nə vaxt başlayır?

Futbol üzrə İspaniya liqasının 2023/2024-cü illər mövsümü üzrə oyunlarının təqvimi açıqlanıb. La Liqada futbol həyəcanı avqustun 12-13-də başlayacaq. Ənənəvi olaraq «Barselona» və «Real» arasında El Klasiko 11 (28-29 oktyabr) və 32-ci tura (20-21- aprel) təsadüf edəcək. «Atletiko» və «Real» arasında Madrid derbiləri isə  6 (24 sentyabr) və 23-cü turda (4 fevral) təşkil olunacaq.