Rusiyalı boksçu Aleksandr Povetkin hesab edir ki, Vladimir Kliçko ilə yenidən görüşmək heç də asan olmayacaq. "Kliçko WBA, İBF və WBO üzrə dünya cempionudur. Onunla revanş görüşünə çıxmaq üçün mən də bu titullardan birini qazanmalıyam. Yəni iddialı olduğumu sübut etməliyəm. Düşünürəm ki, bunun üçün 3 döyüşdə qələbə qazanmaq bəs edər. Düzdür, kiminlə döyüşəcəyimi hələ bilmirəm. Amma əminəm ki, Vladimir Kliçko ilə revanş qarşılaşması mütləq olacaq”, - deyə Povetkin bildirib.
Onu da qeyd edək ki, Povetkinin alman promonter kompaniyası "Sauerland Esent”lə müqaviləsə bu ilin sonunda başqa çatacaq. Rusiyalı boksçu öz ölkəsinin "World Boxing” şirkəti ilə müqavilə bağlayacağını bəyan edib. Xatırladaq ki, Povertkin - Klinçko döyüşçü oktyabrın 5-də Moskvada keçirilib. Hakimlərin ümumi rəyi əsasında qələbə Kliçkoya verilib.