Polşada keçirilən üçüncü Avropa Oyunları davam edir. Bu gün - Oyunların dördüncü günündə Azərbaycan atletləri 5 idman növündə mükafatlar uğrunda mübarizə aparacaq.
Bel ki, karate və taekvondo yarışlarında 4, boksda isə 2 idmançımız qüvvəsini sınayacaq. Kamandan oxatma yarışlarında 1 idmançımız çıxış edəcək. Atıcılıq yarışlarında isə Azərbaycan yığması komanda yarışında mübarizə aparacaq.
Kamandan oxatma
10:45. Qadınlar: Yaylagül Ramazanova (fərdi)
Karate
11:00. Qadınlar: İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)
Kişilər: Fərid Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq)
Taekvondo
11:00. Qadınlar: Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq)
Kişilər: Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq)
Atıcılıq
11:45. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)
Boks
15:00. Kişilər: Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq)
Qeyd edək ki, Tural Ağalarzadə (67 kq) III Avropa Oyunlarında qızıl medal qazanıb. Azərbaycan yığması 1 medalla komanda sıralamasında 10-cu pillədə qərarlaşıb.