Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibliyindən imtina edib. Ərəb ölkəsi DÇ-2030-u Yunanıstan və Misirlə birgə qəbul etmək fikrindən daşınıb.
Asiyalılar bunun üçün FIFA-ya ərizə təqdim etməli idilər.Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri tərəfdaşlara geri çəkildiklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu vurğulayıb.
Həmçinin, Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.