Yeni mövsümün topları müəyyənləşib

Yeni mövsümün topları müəyyənləşib

2023/2024 mövsümündə futbol üzrə Azərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib. Peşəkar Futbol Liqası (PFL) iləklublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Premyer Liqa və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin təsis etdiyi DÇ-2022-nin rəsmi topu olan “Al Rihla”dan yararlanacaqlar.

Bu, dünya çempionatı tarixində ekoloji cəhətdən təmiz, su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.

1-ci və 2-ci liqalarda çıxış edəcək klubların istifadəsinə isə başqa toplar veriləcək. Bu komandaların üzvləri “Adidas Tiro Pro”nu “qovacaqlar”. “Adidas Tiro Pro” ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malik futbol topudur. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.