Qapıçı Parisdə özünü xoşbəxt hiss etmir

Qapıçı Parisdə özünü xoşbəxt hiss etmir

İtaliya millisinin qapıçısı Canluici Donnarumma PSJ-də xoşbəxt deyil.

"Sports Zone" yaydığı xəbərə görə, Paris təmsilçisinin idman direktoru Luiş Kampuş Donnarummanın getməsinin əleyhinə deyil. Son qərarı klub prezidenti Nasser Əl-Xelaifi və  yeni baş məşqçi Luis Enrikenin birgə verəcək. Mənbə artıq Donnarummanı kimin əvəzləyə biləcəyini də açıqlayıb. Bu, "Portu"nun 23 yaşlı qolkiperi Dioqu Koştadır.

24 yaşlı Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir