Boks üzrə yarımyüngül çəki dərəcəsində döyüşən Meksika boksçusu Frenki Leal nokauta düşdükdən sonra San-Diyeqo xəstəxanasında dünyasını dəyişib.
"Boxing Scene” nəşrinin yazdığına görə, 26 yaşlı gənc boksçu Leal öz həmyerlisi Raul Hiradeslə döyüşün 8-ci raundunda beyin silkələnməsi nəticəsində komaya düşüb. Komadan ayılmayan Fransesko Leal Meksikanın San-Diyeqo xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, mərhum boksçu 2012-ci ildə rusiyalı boksçu Yevgeni Qradoviçlə döyüşün 10-cu raundunda texniki nokautla üduzmuşdu. Həmin vaxt rinqdə huşunu itirən meksikalı boksçunu xəstəxanaya xərəklə aparmalı olmuşdular. Bu hadisədən sonra Frenki Leal 5 dəfə rinqə çıxıb. Boksçu bu döyüşlərdən 3-də qələbə qazanıb, 2-də məğlubiyyətə uğrayıb.