Polşada təşkil olunan III Avropa Oyunları davam edir. Oyunların beşinci günündə Azərbaycan atletləri üç idman növündə mübarizə aparacaqlar. Atıcılıq yarışlarında iki idmançımız fərdi növdə, eyni zamanda, qadınlardan ibarət komandamız gücünü sınayacaq. Bundan başqa millimizin üç boksçusu rinqə çıxacaq. Taekvondo yarışlarında isə Cavad Ağayev mübarizəyə başlayacaq.
Atıcılıq
11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit)
13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)
Taekvondo
13:36. Kişilər: Cavad Ağayev (68 kq)
Boks
Qadınlar
20:15. 54 kq, 1/16 final
Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)
Kişilər
20:45. 80 kq, 1/16 final
Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)
22:15. 92 kq, 1/16 final
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail).
Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb.