Polşada keçirilən III Avropa Oyunlarının taekvondo yarışları davam edir. Oyunlarda çıxış edən taekvondoçumuz Qaşım Maqomedov (58 kq) bürümc medala sahib çıxıb. Mübarizəyə səkkizdəbir finaldan başlayan Q.Maqomedov ilk görüşündə Aymen Açninenini (Niderland) məğlub edib - 17:4, 13:0. Təmsilçimiz dörddəbir finalda ispaniyalı Adrian Visenteyə 11:14, 6:10 hesabı ilə uduzub. Rəqib finala vəsiqə qazandığından Q.Maqomedov təsəlliverici görüşə qatılıb və israilli Dmirti Naqayevdən üstün olub - 12:5, 19:6.
Qaşım Maqomedov bürünc medal uğrunda qarşılaşmada italiyalı Matias Lombartire ilə qarşılaşıb. Görüşü öz xeyrinə başa vuran taekvondoçumuz (13:5, 22:4) III Avropa Oyunlarının bürünc medalına sahib olub.