Krakov-2023: Fəridə Əzizova məğlub oldu, Eltac Qafarov isə növbəti mərhələdə

Krakov-2023: Fəridə Əzizova məğlub oldu, Eltac Qafarov isə növbəti mərhələdə

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən taekvondo yarışları davam edir. Bu komandamızın daha iki üzvü dayanq üzərinə çıxıb. Təmsilçilərimizdən Fəridə Əzizova (67 kq) 1/8 final mərhələsində yunanıstanlı Athanasiya Mitsopoulou ilə qarşılaşıb. Görüş rəqib idmançının 1:2 hesablı qələbəsi ilə başa çatıb. A.Mitsopoulou finala yüksələrsə, təmsilçisi təsəlliverici görüşdə mübarizə aparmaq şansı əldə edəcək.

74 kq-dakı Eltac Qafarov isə rəqibi Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb.