Qrizmann da pulun ardınca qaçmadı

Qrizmann da pulun ardınca qaçmadı

"Atletiko"nun hücumçusu Antuan Qrizmann Madrid klubunu tərk etməyəcək. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun fransalı futbolçu üçün transfer təklifi yarmıçıq dayandırılıb. “Əl-Nəsr” nümayəndələri artıq Londonda Qrizmannı agenti ilə görüşüb.

Bildirilib ki, Qrizmannın "Atletiko" ilə müqaviləsinin sərbəst qalma məbləği 25 milyon avrodur. Bu ərəbləri qane etməyib. 

Eyni zamanda 32 yaşlı hücumçunun planları dəyişməyib. Bildiribi ki,  "Atletiko"nu sevir və klubdan ayrılmağı düşünmür.