«Əgər mən onun xanımı olmasaydım...»

«Əgər mən onun xanımı olmasaydım...»

"Barselona"nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna özünü qarışıq döyüş sənəti üzrə döyüşçü kimi sınamaq təklifi aldığını bildirib. Məlumat "Sport.fakt.pl" portalında yayılıb.
Anna Levandovski bu barədə bildirib: “Bu, bir qədər gülməli idi. Polşanın MMA promosyon KSW meneceri Martin Levandovski ilə görüşüb çay içirdik. O, mənə bunun iki illik hazırlıq olduğunu söylədi və mən dedim: “Bilirsən, həya yoldaşımla danışmalıyam, çünki biz körpə sevincini dadmağa hazırlaşırıq. Bir saat sonra artıq mediada məlumat yayıldı. Robert bunu mətbuatdan öyrəndi və nə düşündüyümü soruşdu. Robertə dedim ki, əgər mən onun xanımı olmasaydım, yəqin ki, belə bir tədbirdə iştirak edərdim".