Qvardiol Mançesterə gəlir

Qvardiol Mançesterə gəlir

"Mançester Siti" futbol üzrə Xorvatiya milli komandasının və alman "Leypsiq"inin müdafiəçisi Coşko Qvardiolla müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədə məlumat yayıb. İndi "şəhərlilər" oyunçunu buraxmaq istəməyən və onu azı 100 milyon avroya satmağa hazır olan "Leypsiq"lə güzəştə getməli olacaqlar.