"Hər misrada mənim həyatım" – yeni albom - VİDEO

"Hər misrada mənim həyatım" – yeni albom - VİDEO

"Milan"ın futbolçusu Rafael Leao tezliklə yeni rep albomunu təqdim edəcək. Albom 30 iyun satışa çıxacaq. Yeni albomun adı "Hər misrada mənim həyatım"dır. Leaonun ləqəbi "Way 45"dir. O, koronavirus pandemiyasının başlanması zamanı musiqiyə başlayıb.

Bu, Leaonun ilk albomu deyil, 2021-ci ildə o, artıq "Başlanğıc" adlı rep albomunu buraxıb.