Polşada III Avropa Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir. Boks yarışlarının üçüncü günüdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb. Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn təmsilçimiz səkkizdəbir finalda Din Klinsi (İrlandiya) ilə gücünü sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.
Bu gün daha iki boksçumuz yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qarşılaşacaq.