Polşada III Avropa Oyunlarında iştirak edən taekvondoçumuz Fəridə Əzizova medal şansını itirib. Buna səbəb 67 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımızın uduzduğuAthanasiya Mitsopoulounun (Yunanıstan) finala yüksələ bilməməsi olub.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan Eltac Qafarov (74 kq) isə 1/4 finalda serbiyalı Stefan Takovla qarşılaşacaq.