III Avropa Oyunları: Azərbaycan medal sıralamasında 21-ci sıraya endi

 III Avropa Oyunları: Azərbaycan medal sıralamasında 21-ci sıraya endi

Polşada keçirilən III Avropa Oyunlarının altıncı yarış gününə yekun vurulub. Altıncı yarış günündən sonra Azərbaycan millisinin aktivindəki medalların sayı dəyişməyib.

Ölkə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada daha 6 pillə geriləyərək, 21-ci sıraya enib.

İlk “üçlük”də isə dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya əvvəlkitək İspaniya (17 qızıl, 9 gümüş, 10 bürünc) başçılıq edir. İtaliya (15 qızıl, 17 gümüş, 21 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna isə (11 qızıl, 7 gümüş, 4 bürünc) 3-cü yerdə qalıb.

İndiyədək ümumilikdə 39 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.